Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Fəxrəddin Altun: “Türkiyə gözləmə otağı olmayacaq”

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun ABŞ-ın bəzi əfqanların, Türkiyə də daxil olmaqla, üçüncü ölkələr vasitəsilə ABŞ-a miqrasiya üçün müraciət edə biləcəkləri açıqlamasına “Türkiyə heç kimin gözləmə otağı deyil və olmayacaq” sözləri ilə reaksiya verib.

 Məsələ ilə bağlı “Bloomberg”ə danışan F.Altun “ABŞ Dövlət Departamentinin bu dövlət tərəfindən  maliyyələşdirilən layihə və təşkilatlarda çalışan bəzi Əfqanıstan vətəndaşlarının üçüncü ölkələrə gedərək ABŞ-dan sığınacaq istəyə biləcəklərilə bağlı çağırışı bizi çox narahat edir.  Bölgəmizdəki şərtləri və ölkəmizin illərdir 4 milyondan çox qaçqına ev sahibliyi etdiyini nəzərə alsaq, nizamsız köçü təşviq edəcək belə bir çağırış qəbuledilməzdir.

Sərhəd təhlükəsizliyimizi qorumaq üçün bütün gücümüzlə işləməyə davam edəcəyik”, – deyib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …