Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Azərbaycan nümayəndə heyəti İrana gedib

Azərbaycan nümayəndə heyəti İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi tvitter hesabında paylaşım edib.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavinləri daxildir.

Səfir paylaşımında bildirib ki, qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir.

Check Also

Aİ-Ermənistan sənədi sülh gündəliyinə ziddir – BAKIDAN ETİRAZ

Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədi Azərbaycanla sülh …