Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Boyukmillet.com xəbər verir ki, nazirlər Türkiyədəki meşə yanğınları ilə əlaqədar mövcud vəziyyəti və həyata keçirilən yanğınsöndürmə əməliyyatlarına dair fikir mübadiləsi aparıblar.

Nazir Mövlut Çavuşoğlu Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Azərbaycanın yeni qrup yanğınsöndürənlərin və texniki yardımının göndərilməsi ilə əlaqədar minnətdarlığını ifadə edib. Yanğınsöndürmə prosesinin gedişatı barədə məlumat verən Mövlut Çavuşoğlu Antalyada yanğınların qarşısının alındığı və zərər çəkmiş infrakstrukturun bərpa olunması istiqamətində işlərin getdiyini qeyd edib. Eyni zamanda, bir sıra digər yerlərdə isə yanğının qarşısının alınması üzrə əməliyyatların hələ də davam etdiyini bildirib.

Öz növbəsində Ceyhun Bayramov Azərbaycan tərəfinin hər zaman qardaş Türkiyənin yanında olduğunu və ehtiyac duyulan bütün dəstəyi göstərməyə hazır olduğumuzu vurğulayıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …