Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Yox, bu daha ağ oldu, erməni alimin həyasızlığı, bizimkilərin isə susması… – Aydın Quliyev yazır…

İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan alimə yaraşmayan tərzdə tarixi saxtakarlığa, insanda təsəvvür olunmaz dərəcədə həyasızlığa yol verib.

Bunu “Bakı-Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

– Bu adam deyir ki, 100-150 il əvvəl “Sofulu” və ya “Barxudarlı” adlanan köçəri tayfalar necə olubsa gəlib bizim erməni torpaqlarına düşüblər, bu müqəddəs torpaqlarda heç bir mədəniyyət irsi yaratmayıblar, hələ bir iddia da edirlər ki, erməni torpaqlarında 7 anklav kəndləri qalıb, Ermənistanda heç bir Azərbaycan torpağı yoxdur. Bunlar erməni alimin sərsəm fikirləri idi və təbii ki, məşhur Sofulu, Barxudarlı da daxil Ermənistanın işğal etdiyi Qazaxa aid 7 anklav kəndimiz nəzərdə tutulur.

Erməninin həyasız yalanları bir yana, bizim alimlərimizin buna susması qəribədir. Necə yəni, “Sofulu” “Barxudarlı” kimi qədim və aborigen türk tayfalarını köçəri və bu yerlərə gəlmə sayasan, bunun sərrast cavabını almayasan?! Nə deyirsiz, hörmətli tarixçi alimlərimiz, bunu siz yox, kim etməlidir?

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …