Ötən mövsümün sonunda “Zirə”dən ayrılan mozambikli futbolçu Klesio Bauk karyerasını Portuqaliyada davam etdirəcək.
Boyukmillet.com xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi “Maritimu” klubuna keçib.
Premyer Liqa təmsilçisi təcrübəli oyunçu ilə imzalanmış müqavilənin detallarını açıqlamayıb.
Qeyd edək ki, Klesio Bauk Azərbaycanda “Zirə”dən öncə “Qəbələ”nin formasını geyinib.