Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

İlham Əliyev Rəşad Nəbiyevə daha bir vəzifə verdi – FƏRMAN

Prezident İlham Əliyev “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 21 oktyabr 2015-ci il tarixli fərmanında dəyişiklik edib.

Boyukmillet.com xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, bundan sonra Şuranın sədri iqtisadiyyat naziri deyil, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri olacaq.

Əvəzində iqtisadiyyat nazirinin müavini nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavininin əvəzində şuranın üzvlərinin sırasında yer alacaq.

Bundan başqa, fərmana əsasən, Şuranın fəaliyyətini Tarif (Qiymət) Şurasının Katibliyi deyil, Şuranın Katibliyi özü təşkil edəcək. Bu katibliyin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirəcək. 

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …