Azərbaycanda 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkiləri ilə bağlı Tərxis Olunmuş Hərbçilərin GəncləriMaarifləndirmə İctimai Birliyi bəyanat yayıb.
Bəyanatda deyilir:
“Azərbaycanda seçkilərin demokratik mühitdə keçirilməsi üçün seçki ərəfəsində və seçkilər elan olunduqdan sonra, ölkədəki ictimai-siyasi mühit, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyət, seçki komisiyalarının fəaliyyəti və seçkilərə hazırlıq səviyyəsi azad, ədalətili, şəffaf, demokratik və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradılmışdır.Azərbaycan Respublikasında 11 aprel 2018-ci il növbədənkənar prezident seçkiləri elan olunduqdan sonra ölkənin yazılı və elektron mediası prezident seçkilərinə xüsusi diqqət ayırmışdır. Seçkilərə hazırlıqla bağlı tədbirlərin və kütləvi aksiyaların işıqlandırılması, seçki mövzusunda müzakirələrin aparılması, bütün maraqlı qüvvələrin mövqeyinin ifadə edilməsi təmin olunmuşdur.
İnternet medianın və sosial şəbəkələrin prezident seçkilərilə bağlı məsələləri işıqlandırılması və müzakirəsində xüsusi rol oynadığı müşahidə edilmişdir.
Seçki kampaniyası zamanı ölkəərazisində sərbəst toplaşmaq azadlığı ilə bağlı hər hansı qanun pozuntusu müşahidə edilməmişdir. Paytaxtda və bölgələrdəsərbəst toplaşmaq üçün qapalı yerlər və açıq havada meydançalar təşkil edilmişdir. Bütün namizədlərə ayrılmış yerlərdə seçicilərlə görüşlər keçirmək üçün normal şərait yaradılmışdır. Hətta seçkilərdə aktiv iştirakdan imtina edən bəzi müxalifət partiyalarına Bakı şəhərinin mərkəzində “Məhsul” stadionu ərazisində iki dəfə mitinq keçirməyə şərait yaradılmışdır.
Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsinin əsas şərtlərindən biridə heç şübhəsiz ki, seçkilərin lazımi qaydada keçirilməsinə ictimai nəzarətin təşkili və vətəndaş cəmiyyətinin iştirakına geniş imkanların yaradılmasıdır. Tərəfimizdən aparılan müşahidələr göstərir ki, seçki komisiyaları seçki prosesinə ictimai nəzarətin təşkili və vətəndaş cəmiyyətinin bu prosesdə yaxından iştirak etməsi üçün hərtərəfli şərait yaratmışdır. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasında keçirilən 11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərinin müşahidəsini təşkil etmək məqsədi ilə Mərkəzi Seçki Komisiyasında 126 nəfər üzv və tərəfdarını respublika üzrə müşahidəçi kimi qeydiyyatdan keçmişdir. Mərkəzi Seçki Komisiyasında respublika üzrə müşahidəçi kimi qeydiyyatdan keçmiş müşahidəçilərimizin seçki günü 72 Dairə Seçki Komisiyası ərazisində 630 Məntəqə Seçki Komisiyasında müşahidə aparmışlar.
Müəyyən edilmişdir ki, müşahidə aparılan məntəqələr qanunvericilikdə nəzərdə tutulmuş vaxtda səsverməyə açılmış, komissiya üzvləri və kifayət sayda müşahidəçilər, o cümlədən bütün namizədlərin nümayəndələri məntəqələrdə olmuşlar. Müşahidəçilər prosesi rahat izləməyə imkan verən əlverişli mövqedə yerləşdirilmişlər. Səsvermə kabinələri bülletenlərin doldurulması zamanı gizliliyin gözlənməsinə imkan verən vəziyyətdə, eyni zamanda komissiya üzvləri və müşahidəçilər üçün aydın görünən məsafədə quraşdırılmış, seçki qutuları möhürlü və hamının rahat görə biləcəyi yerdə qoyulmuşdur.
Seçicilərin səs verməsi üçün lazımi şərait yaradılmış, səsvermə prosesi ümumən qanunauyğun keçirilmiş, ictimai asayişin pozulması hallarına yol verilməmişdir. Məmurların və polis əməkdaşlarının seçki prosesinə qanunsuz müdaxiləsi hallarına yol verilməmişdir.
Səslərin sayılması prosesi tam müşahidə altında həyata keçirilmiş, səsvermənin nəticələrinə dair protokollar maraqlı tərəflərə verilmişdir.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi apardığı müşahidələr əsasında bəyan edir ki, 2018-ci il 11 aprel prezident seçkiləri Azərbaycan Respublikasının Konistitutusiyasına, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun olaraq azad, şəffaf və ədalətli şəraitdə keçirilmiş, xalqın iradəsini tam olaraq ifadə etmişdir.”
(Qht.az)