Cümə axşamı , 19 Sentyabr 2024
Drone Cameras

Azərbaycanda meyiti tapılan erməni hərbçilərinin sayı artıb

Azərbaycanda meyiti tapılan erməni hərbçilərinin sayı artıb.

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusunun daha 4 hərbçisinin meyiti tapılaraq təxliyə edilib.

Meyitlər Füzuli rayonu və Hadrut qəsəbəsində aşkarlanıb. Meyiti tapılan hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 634 nəfərin meyiti aşkarlanıb.

Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv ediliblər.

Check Also

Bakıda saxlanılan Qarabağ separatçılarının işi ilə bağlı təfərrüatlar açıqlanıb

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ separatçıları barəsində başlanmış cinayət işinin təfərrüatlarından danışıb. Boyukmillet.com xəbər …