Cümə , 22 Noyabr 2024
Drone Cameras

Nikol bu vədlərindən imtina edir: Güc variantı aktivləşir

Nikol Paşinyan seçkilərdən sonra münaqişənin davam etdirilməsi strategiyasını seçib.

Boyukmillet.com xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib. Politoloq irəli sürdüyü iddianı Paşinyanın aşağıdakı hərəkətləri ilə əsaslandırıb:

– Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir;

– sülh müqaviləsini imzalamaq istəmir;

– Qarabağın erməni sakinlərinin yaşadığı ərazilərin ölkəmizdən qoparılması layihəsinin reallaşdırılmasını davam etdirmək niyyətindədir;

– 10 noyabr bəyanatına əsasən üzərinə götürdüyü bu öhdəlikləri yerinə yetirməkdən imtina edir:

a) Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması;

b) Qazax rayonunun 7 kəndinin və Naxçıvanın Kərki qəsəbəsinin azad edilməsi;

c) Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının nəzarəti altında Zəngəzur eksterritorial dəhlizinin təmin edilməsi.

T.Zülfüqarov qeyd edib ki, Paşinyan bu siyasətin ciddi risklərini anlayaraq, Azərbaycanın ehtimal olunan cavab hərəkətlərinə qarşı “canlı qalxan” kimi istifadə etmək niyyətində olduğu istənilən beynəlxalq strukturların sərhədboyu yerləşdirilməsi ilə özünə təhlükəsizlik yaratmaq istəyir:

“Bu avantürist siyasətin nəticəsi yalnız Ermənistanın yeni məğlubiyyəti ola bilər! Özü də bu, Rusiya, həmçinin ABŞ və Fransanın 10 noyabr tarixli bəyanatın müddəalarının yerinə yetirilməsinin alternativsiz olduğunu birmənalı şəkildə dilə gətirdikləri şəraitdə baş verir. Paşinyanın hazırda yürütdüyü siyasət Azərbaycana beynəlxalq hüquq normaları çərçivəsində güc yolu ilə mübarizə aparmaq hüququ verir”. 

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …