Çərşənbə axşamı , 22 Aprel 2025
Drone Cameras

Türkiyəli nazir: “Azərbaycanı yanımızda görmək bizə çox böyük motivasiya verdi”

“Bildiyiniz kimi günlərdir ölkə tariximizdə ən böyük yanğınlardan biri ilə qarşı-qarşıya qalmışıq. Bu çətin günlərimizdə qardaş Azərbaycanı yanımızda görmək bizə çox böyük motivasiya verdi”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və Texnalogiya naziri Adil Karaismailoğlu Muğlada “Böhran mərkəzi”ndə keçirilən iclasdan sonra azərbaycanlı jurnalistlərə verdiyi açıqlamasında deyib.

Qeyd edək ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Muğlada “Böhran mərkəzi”ndə xüsusi iclas keçirilib. İclasda Türkiyədə baş verən yanğınlarla bağlı məsələlər müzakirə olunub.

Check Also

Şamil Ayrım: Azərbaycan Prezidenti ADA Universitetində dediyi fikirlərlə qardaşlığın əməldə olduğunu bütün dünyaya göstərdi

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq …