Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Prezidentin qələbə konsertində Hadi Rəcəbli belə rəqs etdi – VİDEO

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin qələbə qazanması ölkədə bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.

Azərbaycanda keçirilən Prezident seçkilərində İlham Əliyevin qələbə qazanması münasibətilə aprelin 12-də Xətai rayonunda da konsert təşkil olunub. Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatı tərəfindən təşkil edilən konsertdə Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli və bir sıra tanınmış deputatlar çıxış edib. 

Konsertdə hər iki deputatın prezident İlham Əliyevin qələbəsi münasibətiylə musiqi sədaları altında oynamaları izləyicilər arasında böyük marağa səbəb olub.

Belə ki, millət vəkili Hadi Rəcəbli aşıq Əhlimanın oxuduğu “Sənin kimi gözəl sona, hansı dəryada, göldə var…” mahnısının müşayiəti ilə sevincini oynayaraq nümayiş etdirib.

(İnterpress.az)

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir