Bazar , 15 Noyabr 2026
Drone Cameras

Kəlbəcər yenidən ATƏŞƏ TUTULDU

Avqustun 11-i 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Turkustan.az-a daxil olan xəbərə görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Check Also

Səfir: Britaniya şirkəti Naxçıvan şəhərinin baş planını hazırlayır.

Böyük Britaniya Naxçıvanla dörd sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Bu barədə Naxçıvanda səfərdə olan Britaniyanın Azərbaycandakı …