Şənbə , 23 Noyabr 2024
Drone Cameras

37 ölkə Rusiyaya qarşı birləşdi – Ayın 23-də toplaşırlar

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba Krım Platforması Zirvəsinə qatılacaq ölkələrin sayının 37-yə çatdığını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, Kuleba Tvitterdəki paylaşımında daha 3 Avropa ölkəsinin Krım Platforması Zirvəsinə qatıldığını təsdiqlədiyini bildirib.

İştiraklarını təsdiq edən ölkələrin ümumi sayının 37-yə çatdığını deyən Kuleba qeyd edib: “Platformaya beynəlxalq dəstək getdikcə artır, daha çox təsdiq gözləyirik”.

Rusiya tərəfindən qanunsuz olaraq ilhaq edilmiş Krımı beynəlxalq gündəmə gətirmək üçün avqustun 23-də Kiyevdə Krım Platforması Zirvəsi keçiriləcək.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …