Bu ilin yanvar-may aylarında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 30% çox olub.
Boyukmillet.com xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov ölkəsinin müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, koronavirus (COVID-19) pandemiyası ilə bağlı böhranlı vəziyyətə baxmayaraq iki ölkə arasında münasibətlər 2020-ci ildə də inkişaf edib: “Ötən il ticarət dövriyyəmiz 12% artıb”.
B.Əşrəfxanov qeyd edib ki, iqtisad əməkdaşlığın, o cümlədən qarşılıqlı investisiya qoyuluşunun inkişafı üçün nəhəng potensial mövcuddur.
Səfir iki ölkə arasında 130-dan çox razılaşmanın, o cümlədən strateji tərəfdaşlıq haqqında müqavilənin imzalandığını vurğulayıb.