Cümə , 22 Noyabr 2024
Drone Cameras

Vahabzadə Jirinovskinin məktubundan danışdı: “Nəyi bacarır, onu da eləsin”

“Kim nəyi bacarır, onu da eləsin. Verən versin, yazan yazsın, deyən desin”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadə deyib.

“Mən bir şey demədən qabaq fikirləşib elə deyirəm. Sözümü demişəm, söhbəti uzatmağa ehtiyac yoxdur”,-deyə diplomat vurğulayıb.

Xatırladaq ki, İsfəndiyar Vahabzadənin Jirinovski və “rus milləti”ni təhqir etdiyi, “donuzlar”, “eşşək” və s. ifadələrini işlətdiyi video yayılıb. RLDP lideri Vladimir Jirinovski  bu sözləri təkcə özünə deyil, bütün rus xalqına təhqir saydığını və bu səbəblə də diplomatla bağlı cinayət işinin açılması tələbi ilə Azərbaycan Prezidentinə məktub yazacağını vurğulayıb.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …