Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Maltada qəzaya uğrayan təyyarədə ölənlərin hamısı Fransa vətəndaşıdı

Maltanın cənubunda yerləşən Luka şəhərindən Liviyanın Misratu bölgəsinə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölən 5 nəfər Fransa vətəndaşıdır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini “Twitter” səhifəsində yazıb. 

O, ölənlərin qurumun məmurları olması haqda məlumat təkzib edib: “Bu uçuşun Avropa İttifaqının fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.

*** 

Avropa İttifaqının məsul şəxslərini aparan təyyarənin Malta ərazisində qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də səhər saatlarında baş verib.

Məlumata görə, “Metroliner” tipli təyyarə Avropa İttifaqının Sərhəd Xidmətinin rəsmi nümayəndələrini Maltanın cənubunda yerləşən Luka şəhərindən Liviyanın Misratu bölgəsinə aparırmış. Təyyarə havaya qalxandan az sonra qəzaya uğrayıb və yerə düşüb. İlkin məlumata görə, təyyarədə 10 nəfər olub. 

Qəza nəticəsində ölənlərin sayının artacağı istisna edilmir. 

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir