Radikal “Taliban” hərəkatının silahlıları Əfqanıstanın böyüklüyünə görə ikinci şəhəri, Qəndahar əyalətinin eyniadlı mərkəzi olan Qəndahar şəhərini ələ keçiriblər.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Associated Press” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Yerli məmurların açıqlamasına görə, şəhər cümə axşamı gecə ələ keçirilib. Hakimiyyət orqanları nümayəndələrinin şəhəri tərk etmək üçün hava limanına qaçdıqları güman edilir.