Fələstinin baş naziri Məhəmməd İbrahim Ştayyeh Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə videokonfrans formatında görüşərək, Yaxın Şərqdə sülh və təhlükəsizlik nəsələlərini müzakirə edəcək.
Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov xəbər verib.
Qeyd edilir ki, görüş yaxın günlərdə baş tutacaq. Mərkəzin həmsədrləri – Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freiberga və Dünya Bankının sabiq vitse-prezidenti Dr.İsmail Serageldin, o cümlədən Ərəb Liqasının sabiq baş katibi və Misirin sabiq xarici işlər naziri Amre Musa, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin, Rumıniyanın baş nazirinin sabiq müavini Ana Birçall, Bosniya və Herseqovinanın sabiq baş naziri, xarici işlər naziri Zlatko Lagumdzija və digər nüfuzlu üzvləri qatılacaq.
Layihə Fələstinin Azərbaycandakı səfirliyi ilə birgə hazırlanıb.