Şənbə , 6 Dekabr 2025
Drone Cameras

İran parlamenti yeni hökumətin tərkibini müzakirəyə çıxarıb

İran parlamenti Prezident İbrahim Rəisinin nazir postlarına təklif etdiyi namizədlərlə bağlı müzakirələrə başlayıb.

Boyukmillet.com “Tasnim”ə istinadən xəbər verir ki, qanunverici orqanın sədri Məhəmmədbaqer Qalibaf siyahını parlament üzvlərinə təqdim edib.

Hökumətin tərkibi parlament tərəfindən təsdiqləndikdən sonra nazirlər səlahiyyətlərinin icrasına başlayacaq.

Qeyd edək ki, iyunun 18-də İranda prezident seçkiləri keçirilib. İbrahim Rəisi seçicilərin 62 faizinin (17.9 milyon) səsini qazanaraq prezident seçilib. O, avqustun 5-də and içərək səlahiyyətlərinin icrasına başlayıb.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …