Cümə , 27 Mart 2026
Drone Cameras

Hulusi Akar Türkiyə-İran sərhədinə getdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-İran sərhədinə baş çəkib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Nazir Vanda helikopterlə sərhəd xəttindəki vəziyyətlə tanış olub. Daha sonra nəzarət-müşahidə məntəqələri ilə tanış olan nazir əsgərlərlə görüşüb. H.Akar hərbçilərə Türkiyə bayrağını təqdim edib.

Görüşdə həmçinin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı Musa Avsever iştirak edib. 

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …