Bazar , 11 Yanvar 2026
Drone Cameras

Hulusi Akar: “Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək”

Türkiyə xalqı bundan sonra da haqlı mübarizəsində Azərbaycan xalqının yanında olacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə iki ölkənin müdafiə nazirlərinin görüşü olub. Görüşdə ikitərəfli və regional, müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son günlər Ermənistan tərəfindən Azərbaycanla sərhəddə baş verən hücumlara və təxribatlara toxunan Hulusi Akar qeyd edib ki, Türkiyə xalqı bundan sonra da Azərbaycan xalqına haqlı mübarizəsində dəstək verəcək.

Check Also

Elçibəyin oğlu Nemət Pənahlını MƏHKƏMƏYƏ VERİR

Azərbaycanın keçmiş Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev “Meydan hərəkatı”nın rəhbərlərindən …