Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Korrupsioner Vilyamın sayıqlamalarını əsas götürüb, ölkəmizin ərazi bütövlüyünü hədəf alanlar…

Deyir, bir dəli quyuya daş atdı, 100 ağıllı yığışıb onu çıxara bilmədi. Korrupsiya ittihamına görə həbs edilən Vilyam Hacıyev məhkəməsində məsuliyyətsiz və savadsız bir söz işlədib. Özünə imtiyaz qazanmaq üçün deyib ki, “Niyə məni müalicəyə göndərmirsiniz, axı mən Naxçıvanın fəxri vətəndaşıyam”.

Yəqin ki, Vilyamın evindən çıxan pulun miqdarı hamının yadındadır. Həmin kadrlar telekanallar vasitəsilə geniş yayımlanıb. İndi bu adam yığdığı pullarla özünə türmədə lyuks şərait qurmaq üçün , xəstəxanaya yerləşmək istəyir.

Bunun üçün də Naxçıvan amilinin arxasında gizlənməklə, təxribat yaratmağa çalışır. Ən maraqlısı budur ki, hətta cəmiyyətə ağıllı adam, ekspert kimi sırınan bəzi adamlar bu məsələnin qanuni tərəfini araşdırmadan, öz əxlaq və savadlarına uyğun müəyyən mülahizələr irəli sürməyə başlayıblar.

Hətta belə fikirlər səsləndirənlər var: “Naxçıvanı ayrı dövlət ediblər”, “Naxçıvandakılar Azərbaycanın deyil, fərqli vətəndaşlıq daşıyırlar”. Naxçıvan Azərbaycanın tərkibində yüksək statusa malik bir muxtariyyətdi. Muxtariyyətin vacibliyini şərtləndirən bir çox amillər var ki, bunun izahını vermək başqa mövzunun söhbətidir.

Birmənalı şəkildə bilinməlidir:
“Naxçıvanın vətəndaşlığı” və ya “Naxçıvanın fəxri vətəndaşlığı” anlayışı yoxdur. Orada yaşayanların da hamısı Azərbaycan Respublikasının vətəndaşıdır.
Ancaq qanunvericiliyimizdə Azərbaycan Respublikasının fəxri vətəndaşlığı haqqında əsasnamə var. Həmin əsasnaməni diqqətinizə çatdırıram:

  1. Azərbaycan Respublikasının fəxri vətəndaşlığı Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə verilir.
  2. Azərbaycan Respublikasının fəxri vətəndaşlığı Azərbaycan Respublikasının fəxri vətəndaşlığına qəbul edilən şəxsin razılığı əsasında verilir.
  3. Azərbaycan Respublikasının fəxri vətəndaşlığının verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin yanında yaradılan Vətəndaşlıq Məsələləri Komissiyasının tövsiyəsi bir qayda olaraq tələb edilmir.
  4. Azərbaycan Respublikasının fəxri vətəndaşlığı dünya birliyi, Azərbaycan dövləti və ya Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilir.
  5. Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdir.
  6. Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası Prezidentinin xüsusi himayəsi altındadır.
  7. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının fəxri vətəndaşı onlara müraciət edərsə, ona hər cür yardım və dəstək göstərməlidirlər.
  8. Azərbaycan Respublikasının xarici dövlətlərdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluq idarələri Azərbaycan Respublikasının fəxri vətəndaşına hər cür yardım və dəstək göstərməlidirlər.

Buna görə də, korrupsioner Vilyamın sayıqlamalarını əsas götürüb, bütün bir regionu və ən əsası da ölkəmizin bütövlüyünü hədəf almayın!

Məhəmmədəli QƏRİBLİ,

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …