Cümə , 27 Mart 2026
Drone Cameras

BMT daha 120 əməkdaşını Əfqanıstandan təxliyə edib

BMT daha 120 əməkdaşını və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Əfqanıstandan Qazaxıstana təxliyə edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrikin açıqlamasında deyilir.

“BMT avqustun 22-də Əfqanıstanda 120 nəfəri Əfqanıstanın paytaxtı Kabildən çıxararaq Alma-Ataya aparıb, bu son həftə ərzində ikinci belə aviareysdir. Sərnişinlər arasında BMT əməkdaşları və Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı müttəfiqi olan bir neçə qeyri-hökumət təşkilatının üzvləri var”, – açıqlamada deyilir.

“Birləşmiş Millətlər diqqətini özünün minlərlə əməkdaşının və müttəfiqlərinin təhlükəsizliyinin təminatına yönəldib, köməyə ehtiyacı olan milyonlarla əfqana “kritik əhəmiyyətli humanitar və digər yardımlar üzərində işləyir”, – Dujarrik qeyd edib.

Qeyd edək ki, ötən həftə BMT-nin təxminən 100 əməkdaşı məsafəli iş rejimində çalışmaq üçün təyyarə ilə Kabildən Alma-Ataya aparılıb.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …