Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Neft korreksiya səbəbindən bahalaşmaqdadır

Ötən həftə 7-9 %-lik ucuzlaşmadan sonra dünya bazarlarında neft korreksiya səbəbilə 2 %-dək bahalaşmağa başlayıb.

Boyukmillet.com “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:58-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 1,84 % bahalaşaraq, 1 bareli 65,64 ABŞ dollarına satılıb. “WTI” neftinin sentyabr fyuçerslərinin qiyməti 1,8 % qalxaraq, 1 bareli 66,35 ABŞ dolları, oktyabr fyuçerslərinin qiyməti isə 1,82 % bahalaşaraq, 1 bareli 63,24 ABŞ dolları təşkil edib.

İnvestorlar COVID-19 infeksiyasının “delta” ştamının yayılmasının iqtisadiyyatların bərpasına təsir edəcəyindən narahatdırlar.

Bundan başqa, indeksi 0,18 % aşağı düşən ABŞ dolları da “qara qızıl”a dəstək verir.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …