Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Azərbaycanın Baş naziri Parisdə Fransa Prezidentinin diplomatik müşaviri ilə görüşüb

Parisə səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Fransa Prezidentinin diplomatik müşaviri Filip Etiyen ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə siyasət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdəki əlaqələr, eləcə də Dağlıq Qarabağ məsələsi, Azərbaycan-Aİ münasibətləri, həmçinin regional geosiyasi vəziyyət müzakirə edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyəti vurğulanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bildirilib. Qeyd edilib ki, Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Fransadan səylərini artırması gözlənilir.

Check Also

Trampın Zelenskiyə İttihamı: “ABŞ-ın sülh planı ilə hələ tanış olmayıb”

Boyukmillet.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskiyə qarşı açıq narazılığını …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir