Şənbə , 10 Yanvar 2026
Drone Cameras

“Taliblər” Əfqanıstan qadınlarını səhiyyəyə qayıtmağa çağırıblar

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ölkənin qadın tibb işçilərini öz iş yerlərinə qayıtmağa çağırıb.

Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı çağırışı hərəkatın nümayəndələrindən biri Zabihulla Mücahid tvitterdəki səhifəsində yerləşdirib.

Onun sözlərinə görə, Əfqanıstan Səhiyyə Nazirliyinin tabeliyində olan qadın tibb heyəti öz vəzifələrinin icrasını davam etdirməlidir.

Mücahid vurğulayıb ki, yeni hakimiyyət ölkənin səhiyyə sisteminin qadın əməkdaşlarının işlərini davam etdirmələrində problem görmür. “Səhiyyə Nazirliyi əyalətlərdə və paytaxtda bütün qadın işlçiləri işə qayıtmalarının vacibliyi barədə məlumatlandırır”, – o sosial şəbəkədə yazıb.

Bundan başqa, “Taliban” nümayəndəsi digər əfqan qadınlara ölkədə təhlükəsizliyin tam təmin edilməyincə evdən çölə çıxmamağı məsləhət görüb. O, qeyd edib ki, bu, müvəqqəti prosedurdur.

Əfqanıstanda qadınların azadlığının məhdudiyyəti mövzusuna gəlincə, Mücahid bildirib ki, yeni hakimiyyət dövlət idarələrində qadınların iş yerlərinə qayıdışının təminatı üzrə səylərini davam etdirir.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …