Cümə , 20 Fevral 2026
Drone Cameras

İsmayıl Ağayevin doğum günüdür – FOTOLAR

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevin doğum günüdür.

İ. Ağayev 1 iyul 1966-cı ildə, Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Saravan kəndində anadan olmuşdur. O, 1983-cü ildə Saravan kənd orta məktəbini bitirmiş, 1984-86-cı illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Avtomobil Nəqliyyatı fakültəsini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Çexiyanın Texniki Universitetinin Hüquq fakültəsini doktorantura dərəcəsi ilə bitirmişdir. 1992-95-ci il tarixlərində Daxili İşlər Orqanlarında rəhbər vəzifələrdə çalışmış, Birinci Qarabağ Müharibəsi dövründə Goranboyun Gülüstan kəndində könüllülər batalyonunda torpaqlarımızın müdafiəsi uğrunda vuruşmuşdur. İ. Ağayev 15 ilə yaxındır ki, Azərbaycanın ictimai həyatında aktiv sima olaraq fəaliyyət göstərməkdədir. O, Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin rəhbəri, eyni zamanda Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsinin (CİPDH) Azərbaycan nümayəndəliyinin rəhbəridir. Beynəlxalq hüquq üzrə fəlsəfə doktorudur.

İsmayıl Ağayevi doğum günü münasibətilə boyukmillet.com saytının kollektivi adından təbrik edirik.

 

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir