Cümə , 20 Fevral 2026
Drone Cameras

Ərdoğanın Azərbaycana səfər tarixi bəlli oldu

Boyukmillet.com xəbər verir ki, Ərdoğanın iyul ayı ərzində planlaşdırılan səfər təqviminə əsasən, belə məlumat yayılıb. Belə ki, iyunun 24-də yenidən prezident seçilən Ərdoğanın iyulun 8-də and içəcəyi ilə bağlı hazırlıqlar aparılır.

İyulun 9-da isə Ərdoğan AKP-nin iclasını keçirəcək. İyulun 11-12-də isə onun Brüsseldə NATO zirvəsində iştirak edəcəyi nəzərdə tutulur.

Ondan əvvəl isə iyulun 10-da Ərdoğanın Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəyi bildirilir. Ərdoğan seçkidən əvvəl “Söz verirəm, seçkidən sonra ilk xarici səfərimi Azərbaycana edəcəm” açıqlamasını vermişdi. Onun sözünü tutaraq Şimali Kiprə səfər etdiyi gün, iyulun 10-da Azərbaycana gələcəyi gözlənilir. (publika.az)

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir