Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Lavrovdan sərhəd açıqlaması: Putinin təşəbbüsü ilə… – VİDEO

Uzunmüddətli həll yalnız sərhədlərin delimitasiyası və demarkasiyası ilə mümkündür.

Boyukmillet.com xəbər verir ki, bunu Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşündən sonra Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz Ermənistan və Azərbaycan arasındakı bütün məsələlərin yalnız siyasi və diplomatik üsullarla həll edilməli olduğunu düşünürük. Uzunmüddətli həll yalnız sərhədlərin delimitasiyası və demarkasiyası ilə mümkündür. Rusiya prezidentinin bununla bağlı təşəbbüsü hamıya məlumdur”, – Lavrov qeyd edib.

Onun sözlərinə görə, Rusiya bölgədəki kommunikasiyaların blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupunun işindən razıdır:

“Moskva ümid edir ki, bu mexanizm regionun iqtisadi bərpasına kömək edəcək və uzunmüddətli rifah üçün möhkəm zəmin yaradacaq”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …