Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında yeni 18 ali tibb ixtisas üzrə imtahanlarının keçirilməsi üçün hazırlıq gedir.
Boyukmillet.com xəbər verir ki, ali təhsil pilləsində (baza ali) tibb təhsilini bitirən (yanı internatura və ya rezidenturası olmayan) şəxslərin üçün müvafiq olaraq müalicə işi (tibb), pediatriya (baza), tibbi profilaktika (ictimai səhiyyə) və stomatologiya (baza) ixtisaslar üzrə imtahanların keçirilməsi planlaşdırılır.
Sertifikasiya Komissiyasında daha bir yeniliyə əsasən, şüa diaqnostikası ixtisası üzrə keçirilən imtahanlarında dəyişiklik olacaq. Belə ki, şüa diaqnostikası üzrə həkimlərin fərqli cihazlarda çalışdıqlarını nəzərə alaraq, həmin həkimlərin imtahanları fərqli formatda keçiriləcək. İmtahanda verilən sualların əsas hissisə çalışdığı cihaz üzrə, dəyər suallar isə ümumi şüa diaqnostikası ixtisası üzrə olacaq.
Sertifikasiya Komissiyasında imtahana hazırlıq təlimləri və sınaq imtahanları keçirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarında edilən dəyişikliyə görə rezidentura səviyyəsi üzrə 18 yeni ali tibb ixtisası əlavə olunub. Həmin ixtisaslar aşağıdakılardır.
1. Ailə təbabəti
2. Nüvə təbabəti
3. Endodontiya
4. Parodontologiya
5. Restorativ stomatologiya
6. Ortopedik stomatologiya
7. Uşaq stomatologiyası
8. Ortodontiya
9. Uşaq və yeniyetmə psixiatriyası
10. Neonatologiya
11. Uşaq endokrinologiyası
12. Uşaq kardiologiyası
13. Uşaq nefrologiyası
14. Uşaq nevrologiyası
15. Uşaq qastroenterologiyası
16. Uşaq urologiyası
17. Uşaq yoluxucu xəstəliklər
18. Uşaq ürək-damar cərrahiyyəsi