Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Ukrayna siyasi dəstəyə görə Azərbaycana təşəkkür edib

Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbar BMT Baş Assambleyasının iclasında onlara dəstək verən ölkələrə təşəkkür edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə diplomat “Twitter” səhifəsindən xəbər paylaşıb:

“BMT Baş Assambleyası Ukrayna üçün mühüm olan “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki vəziyyətə dair” adlı bəndi qüvvədə saxlayaraq Baş Assambleyanın 76-cı sessiyasının gündəliyinə salmaq barədə səs çoxluğu ilə (12 səsə qarşı 71 səslə, 45 bitərəf olmaq şərtilə) qərar verib.

Bu səsvermədə Ukraynaya və beynəlxalq qanunçuluğa dəstək verən bütün ölkələrə minnətdarıq. Müvəqqəti işğal olunmuş torpaqlardakı vəziyyət BMT BA-nın diqqət mərkəzindədir. Rusiyanın əməlləri onların nüfuzunu sarsıtmağa yönəlir və qınağa layiqdir”.

Xatırladaq ki, “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki vəziyyətə dair” adlı bəndi BMT Baş Assambleyasının 76-cı sesiyasının gündəliyinə salınmasına dair keçirilən səsvermə zamanı Azərbaycan lehinə, Ermənistan isə əleyhinə səs verib.

Check Also

İlham Əliyev: Ermənistan hələ də Milli Qəhrəman Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir

Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər. Boyukmillet.com …