Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Filippində “Konson” qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb

Filippində “Konson” qasırğasının səbəb olduğu qəzaların qurbanlarının sayı 17 nəfərə yüksəlib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Risklərin Azaldılması və Qəzalar İdarəsi üzrə Milli Şuraya (NDRRMC) istinadən yerli “Philstar” mətbu orqanı bildirib.

Qeyd edilir ki, qasırğa daha 14 nəfərin həyatına son qoyub.

Ölkənin mərkəzi hissəsində təxminən doqquz min binaya zərər dəyib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Təbii fəlakət zamanı 7 nəfər itkin düşüb, 24 nəfər xəsarət alıb.

Qasırğa ümumilikdə 313 min insana ziyan vurub.

Filippində hər il mövsümi musson yağışlarından başqa təxminən 20 tufan və qasırğa olur.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …