Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Müşahidə Şurasının üzvü: Müxtəlif yollarla pul alan bir qrup QHT-lər narahat olublar

Beynəlxalq təşkilat və fondların ölkəmizdəki fəaliyyətinə qoyulan məhdudiyyətdən istifadə edib, müxtəlif yollarla pul alan bir qrup QHT-lər haqqında qanunun dəyişməsi barədə gedən müzakirələrdən narahat olublar.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova  sosial şəbəkə üzərindən bildirib.

Həmin paylaşımı təqdim edirik.

“Mənim üçün dünənki gündəm sadəcə Şuşa idi, ona görə qan qaraldan məzmunlu nəsə yazmaq istəmədim. Deməli, beynəlxalq təşkilat və fondların ölkəmizdəki fəaliyyətinə qoyulan məhdudiyyətdən istifadə edib, müxtəlif yollarla pul alan bir qrup QHT-lər haqqında qanunun dəyişməsi barədə gedən müzakirələrdən narahat olublar. Bu qrupa hakimiyyətdə təmsil olunan bir neçə məmur da ciddi dəstək verir. Sizin də, o şəxslərin də narahatlığı başadüşüləndi. O qrupdan olan bəziləri 44 günlük müharibə zamanı siçan kimi gizlənmişdi və ya kiçik uğursuzluqda belə məsələni şişirdib “gördünüz…” yazırdılar. Bəli, azaltmadan deyim ki, 2-3 nəfər səmimi, narahat olanlar vardı. Bir çox layihələrdə yazdığınız problem statementləriniz (problemin qoyuluşu) ürəyimi bulandırır. Ürəyiniz bulansın!!!”

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir….

QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis …