Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Səyyad Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb, ECMO cihazına qoşulub

Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.

Bu barədə “Report”a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb.

Qeyd edək ki, ECMO – ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Check Also

İçərişəhərdə razılaşdırılmamış tikinti-bərpa işlərinin aparılması qadağan olunub

İçərişəhərdə idarə ilə razılaşdırılmamış tikinti-bərpa işlərinin aparılması qadağan olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident …