Cümə , 22 Noyabr 2024
Drone Cameras

Dövlət Xidməti: “Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq”

“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə həyata keçirilən monitorinqlər davam etdirilir”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, aparılan monitorinqlər tarixi abidələrin hazırkı vəziyyəti, onlara edilmiş qanunsuz müdaxilə halları, vandalizm, özününküləşdirmə faktlarının müəyyən edilməsi və mədəni irs nümunələrinin inventarlaşdırılmasını təmin edəcək: “Eləcə də tarixi abidələrin bərpa və konservasiya olunmasının prioritetləşdirilməsi baxımından məlumat bazası, reyestr rolunu oynayacaq”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …