Cümə axşamı , 26 Sentyabr 2024
Drone Cameras

Həsən Ruhani İrandakı terror ilə bağlı ABŞ-ı hədələdi: “Peşman olacaqlar”

ABŞ-ın dəstəklədiyi Körfəz ölkələri Əhvazdakı hücuma görə məsuliyyəti üzərinə götürən Əhvaz Ərəb Demokratik Hərəkatına maliyyə və hərbi yardımlar göstərir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“ABŞ Körfəz ölkələrini bu cinayətləri törətmək üçün resursla təmin edir. İran bu cinayətlərə hüquqi və beynəlxalq mənfəətləri çərçivəsində cavab verəcək. ABŞ gücə sahib olanın dünyada cəzasız qalacağına inanaraq hərəkət edir. Onlar İranda etimadsızlıq mühiti yaratmaq istəsələr də buna nail ola bilmədilər. İran sanksiyaların öhdəsindən gələcək. ABŞ təcavüzkarlığına görə peşman olacaq”, – Ruhani bildirib.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir