Cümə axşamı , 2 May 2024
Drone Cameras

Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Boyukmillet.com xəbər verir ki, mətndə deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi ilə əlaqədar səmimi təbriklərimi qəbul edin.

Keçirilmiş seçkilərdə “Yedinaya Rossiya” Partiyasının qələbəsi bu partiyanın ölkədə aparıcı siyasi qüvvə kimi liderliyini, onun ümummilli siyasətinin və çoxplanlı fəaliyyətinin Rusiya xalqı tərəfindən yüksək qiymətləndirilməsini bir daha təsdiq etdi.

Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji tərəfdaşlıq xarakterli ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin mənafeyi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə bundan sonra da möhkəmlənəcək.

Fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, dost Rusiyanın xalqına isə firavanlıq və əmin-amanlıq arzu edirəm”.

Check Also

Elman Abdullayev: Müharibələr nəticəsində mədəniyyət nümunələrinə çox böyük ziyan dəyir

Müharibələrin sonunda mədəniyyət nümunələrinə, bütövlükdə mədəniyyətə çox böyük ziyan dəyir. Boyukmillet.com xəbər verir ki, bunu VI …