ABŞ-ın Energetika Nazirliyi ölkədə neft ehtiyatlarının son 3 ildə ən aşağı səviyyəyə düşməsi haqqında rəsmi statistika açıqlandıqdan sonra dünya bazarlarında neft bahalaşmaqda davam edir.
Boyukmillet.com xəbər verir ki, Bakı vaxtı ilə 09.14-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,28% bahalaşaraq, 1 bareli 76,4 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti də 0,22% bahalaşaraq, 1 bareli 72,39 ABŞ dolları təşkil edib.
Neft investorları sentyabrın 17-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatlarının 3,5 milyonbarel, yaxud 0,8% azalaraq 414 milyon barelə düşməsini qiymətləndirməkdə davam edirlər.