Cümə , 29 Noyabr 2024
Drone Cameras

Türkiyəli deputat: “BMT Təhlükəsizlik Şurasının daimi üzvləri dəyişməlidir”

“BMT-nin qətnamələrinin reallaşdırılmasında ikili standartlar mövcuddur. Burada faktiki olaraq çoxluğun deyil, BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvünün fikri önəmli hesab olunur. Bu sistem tez bir zamanda dəyişməlidir”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclaslarında iştirak edən Türkiyənin Böyük Birlik Partiyasının sədri, millət vəkili Mustafa Dəstici deyib.

O, qərarların icrasında ciddi problemlər olduğunu bildirib: “BMT-nin Nizamnaməsində əks etdirilən və hamılıqla qəbul olunan əsas prinsiplər məhz BMT TŞ-nin 5 daimi üzvünün – ABŞ, Rusiya, Fransa, Çin və İngiltərənin diktəsi ilə işləyir. Azərbaycanla bağlı qəbul olunan, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından şərtsiz, sorğusuz və sualsız çıxmasını tələb edən qərarlar vardı. Ancaq bu qətnamələr icra olunmadı. Buna bəzər vəziyyət İsraillə bağlı alınan qərarların icrasında da var. Biz bu siyahını uzada bilərik. Təəssüf ki, bu 5 ölkənin istəmədiyi heç nə olmur. Bu sistemin ən qısa zamanda dəyişməsi lazımdır. BMT İkinci Dünya müharibəsindən sonra qalib ölkələrin qurduğu bir cəmiyyət olsa da, artıq o dövr keçmişdə qalıb və 193 dövlət bu beynəlxalq təşkilatın üzvüdür. Düşünürəm ki, mövsümi olaraq BMT-nin daimi üzvləri dəyişməli, ya da bu ölkələrin sayı bütün dünya ölkələrini əhatə edəcək şəkildə artırılmalıdır”.

Vüsalə Abbasova

Check Also

Rəsmi Bakıdan Polşaya etiraz

Müvəqqəti işlər vəkili XİN-ə çağırıldı Noyabrın 28-də Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici …