Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Elin qızı, gəlini, şad gündə qırmızı geyinər

Anım tədbirinə qırmızı libasla gələrək gündəmə çevrilən Abşeron rayon Səhiyyə Şöbəsinin müdiri Mehriban Qaralovanın bu davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Boyukmillet.com saytının redaktoru Sima Babayeva da rəsmi facebook hesabında, bu davranışa etiraz məqsədi ilə paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

Elimizin adəti vardır. Elin qızı, gəlini, şad gündə qırmızı geyinər, xalqın bəd günündə isə qara (saya) geyinər. Kiminsə bir düşməni öləndə, yaxud pis günü olanda acıqca ondada qırmızı geyinərlər.

İndi bu Abşeron rayon Səhiyyə Şöbəsinin müdiri Mehriban Qaralova Qarabağ savaşı şəhidlərinin anım günündə qıp-qırmızı geyinməklə nə demək istəyir?

Əgər onun qara paltar almaga pulu yoxdursa Abşeron rayon İcra Hakimiyətinin başcısı İradə Gülməmədovadan xahiş edək öz rəfiqəsinə bir dəst qara paltar alsın.

Sima Babayeva

Check Also

YAP rayon sədrinin oğlu 3 milyonluq tenderin qalibi oldu

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderin qalibi YAP rayon sədrinin oğlunun şirkəti …