Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda səfərdə olan İstanbul Medya Başkanı Ali Rza Yıldız və İstanbul Medya Başkanı yardımcısı, İstanbul Çəkməköy Əsnaf və Sənətkarlar dərnəyinin başkanı Gökhan Balcını qəbul edib.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələri, son Qarabağ savaşı, savaş zamanı Türkiyənin Azərbaycana dəstəyindən söz açılıb. Eyni zamanda hazırki dönəmdə beynəlxalq müstəvidə Türkiyə-Azərbaycan birliyinin vacibliyi, bu birliyin inkişaf yolları müzakirə edilib.
Xüsusi olaraq vurğulanıb ki, erməni lobbisinin böhtançı təbliğatına qarşı beynəlxalq arenada birgə fəaliyyət zəruridir.
Görüşün sonunda Sabir Rüstəmxanlıya Tək Millət İki Dövlət plaketi təqdim edildi.Görüşdə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli də iştirak ediblər. Qonaqlar İSBAM-ın dəvəti ilə Azərbaycana gəliblər.