Diaspora təşkilatları ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da fəaliyyət göstərir. Milli mənafeyimizin keşiyində dayanan diaspor təşkilatlarından biridə Ukrayna Respublikasının Odessa şəhər təmsilçisidir.
Boyukmillet.com xəbər verir ki, bu təşkilat Odessa Azerbaycanlılarının Birliyi diasporasıdır. Diasporanın fəallarından biri olan Cəlil Astanov Odessaya gələn hər bir Azərbaycanlıya dəstək olur. İş tapmasında, biznes qurmasında köməyini əsirgəmir. Elə bu yaxınlarda üç nəfər qazimizində Odessada qarşılanıb, həkim müainəsindən keçməklərində və onların mənzillə təmin edilməsində onun böyük rolu olmuşdur.
Bu qazilər Şahin Kərimov, Siyasət Əmirli, Rəsul Abışovdur. Ümumiyətlə bu təşkilat “İkinci Qarabağ” savaşı sürdüyü müddətdə Azərbaycanın haq işini dəstəklənməsi istiqamətində də böyük iş görmüşdür.
27 sentyabrda Diasporanın təşkilatçılığı ilə “İkinci Qarabağ” savaşında ordumuzun qələbəsinə həsr olunmuş böyük bir tədbir də keçirilmişdir. Bu təntənəli tədbirdə Türkiyənin Odessadakı konsolu, Odessa şəhərinin tanınmış simaları, diasporamızın fəal üzvüləri və Qarabağ qaziləri iştrak etmişdilər. Tədbirdə iştirak edən Qarabağ qazisi Şahin Kərimov iştirakçıları Azərbaycan ordusunun göstərdiyi qəhramanlıqların bəzi məqamlari ilə tanış etmişdir.
Tədbirdə iştrak edən hər bir kəs Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin böyük fəaliyyətini, Azərbaycan əsgəri ilə yanaşı, qardaş Türkiyənin möhtəşəm dəstəyini də, qeyd etmişlər.