Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Şura 2019-cu il birinci qrant müsabiqəsiylə bağlı qərar qəbul edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın qrant müsabiqəsinin keçirilməsi Qaydalarının müzakirəsi və Şuranın 2019-cu il birinci qrant müsabiqəsi barədə  məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub. 
 
İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın qrant müsabiqəsinin keçirilməsi Qaydalarının layihəsi haqqında geniş məlumat verib.  
Fərasət Qurbanov 2019-cu il birinci qrant müsabiqəsinin nəzərdə tutulan mövzuları barədə də iclas iştirakçılarını məlumatlandırıb.
Şura üzvü İlqar Məmmədov, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Anar Xəlilov, Nərgiz Xələf və Emin Həsənli çıxış edərək gündəlikdəki məsələlər barədə rəy və təkliflərini bildiriblər.
 
Müzakirələrdən sonra gündəlikdə olan məsələlərə bağlı müvafiq qərarlar qəbul edilib. Qərara əsasən noyabrın 15-də 2019-cu il birinci qrant müsabiqəsi elan olunacaq. Elanın mətni Şuranın csssn.gov.az, e-qht.az və qhtxeber.az saytlarında yerləşdiriləcək.

(qhtxeber.az)

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir