“Rusiya və Çin ABŞ -ın Əfqanıstandan götürmədiyi helikopterləri artıq söküb və onun sistemini öyrənirlər”.
Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, artıq Rusiya və Çində ABŞ helikopterlərinın nümunələri mövcuddur:
“Onlar “Apaçi” helikopterlərini söküblər. Onun sistemini öyrənib tezliklə ən yaxşı texnikanı yığacaqlar”.
Eks-prezident bildirib ki, Amerika qoşunları Əfqanıstanı tərk edərkən köhnə helikopteri sıradan çıxarıblar: “Yeni silahlara əl vurulmayıb”.