Bazar ertəsi , 1 İyul 2024
Drone Cameras

Saleh Məmmədov: Ödənişli yollarda qiyməti Tarif Şurası müəyyən edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkədə yeni ödənişli avtomobil yollarının tikintisini davam etdirir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, hazırda Bakının 45 kilometrliyindən Rusiya sərhədinə qədər olacaq avtomobil yolunun tikintisi davam etdirilir:

 

“Yolun tikintisinə 2018-ci ildə başlanıb. Həmin yolun 153-cü kilometrliyinə qədər hissəsinin tikintisi nəzərdə tutulub. Yol birinci texniki dərəcəyə malik 4 hərəkət zolaqlı olacaq. Yolun ödənişli olacağı gözlənilir. 2018-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan Bakı-Ələt-İran sərhədi avtomobil yolu 270 kilometrlik məsafəni 40 kilometr qısaldıb”.

Qurum rəhbəri bildirib ki, rəhbərlik etdiyi qurum ödənişli yollarda tarifi müəyyən etmək səlahiyyətində deyil: “Bu qiymətləri Tarif Şurası müəyyən edəcək. Biz yalnız yolların texniki dərəcəsini vermişik, oradan gün ərzində keçən avtomobillərin sayını göstərəcəyik. Həmin əsaslarla Tarif Şurası qiyməti müəyyən edəcək”.

Check Also

O’Brayen insan hüquqları ilə bağlı Azərbaycana çağırış edib

“Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik” O’Brayen Bakını insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir