Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Dünyanın ən bahalı küçələri

Honq Konqun Kozuey Bey küçəsi 2018-ci ildə dünyanın ən bahalı küçəsi hesab olunub.

Trend-in məlumatına görə, bu barədə “Dünyanın əsas küçələri” (Main Streets Across The World) reytinqində deyilir.

Qeyd olunur ki, bu küçədə ticarət obyektlərinin illik icarəsi orta hesabla bir kvadrat metr üçün 2,7 min dollar təşkil edir.

 

Bu küçə son beş il ərzində reytinqə liderlik etmiş Nyu Yorkun Beşinci prospektini ikinci pilləyə salıb. Beşinci prospektdə icarə qiyməti 2,25 min dollara bərabər olub.

İlk üçlüyü Londonun Nyu Bond küçəsi tamamlayıb. Bu küçə ticarət obyektlərinin 1,7 min dollarlıq icarə qiyməti ilə Avropanın ən bahalı küçəsi olub.

İlk beşlikdə həmçinin Fransanın Yelisey çölləri prospekti (1,5 min dollar) və Milanın Montenapoleone küçəsi (1,47 dollar) yer alıb.

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir