Şənbə , 7 Mart 2026
Drone Cameras

Azərbaycan iqtisadiyyatı 0,8% böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 0,8% artaraq 65 233 mln. manata çatıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM istehsalı neft sektorunda 0,3%, qeyri-neft sektorunda isə 1% artıb.

ÜDM-in 45,7%-i sənayedə, 9,4%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5%-i tikintidə, 6,4%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrində, 14,7%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9%-ni təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 8,8%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,6%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 5%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,6%, sənayedə 1,4%, digər xidmət sahələrində 0,3% artıb, tikintidə isə 15,8% azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 6 648,1 manata bərabər olub.

Check Also

Fidan Türkiyə səmasında zərərsizləşdirilən raketlə bağlı İrana rəsmi Ankaranın reaksiyasını çatdırıb

Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı olub. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir