Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Ukraynada erməni nazirin həbsi tələb edildi

Ukraynanın daxili işlər naziri Arsen Avakovun malikanəsinin qarşısında toplaşan fəallar onun istefasını tələb ediblər.

Boyukmillet.com yerli KİV-ə istinadən bildirir ki, buna səbəb qətl hadisələrinin üstünün açılmaması və ictimai fəallara edilən hücumlardır.

“Avakov, çıx get!” aksiyasının iştirakçıları onun malikanəsinin hasarında müxtəlif sözlər yazıblar və nazirə ünvanlanan plakatlar (“Pavel Şeremeti kim öldürdü?”, “Katya Qandzyukun qətlini kim sifariş etdi?”, “Oğru”, “Zibil”) asıblar.

Ukrayna DİN rəhbərinin fəaliyyətindən narazı kütlə “Avakov, istefa ver!”, “Avakov həbs edilsin!” şüarları səsləndiriblər.

 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir