Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Türkiyə baş konsulu Naxçıvanla əlaqələrdəki xidmətinə görə təltif edilib

Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən baş konsul Mehmet Emin Kiraz muxtar respublika ilə Türkiyə Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunub.

Qeyd edək ki, Mehmet Emin Kiraz 2019-ci ilin oktyabrında Türkiyənin Naxçıvan şəhərinə təyin edilib.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …