Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Boyukmillet.com xəbər verir ki, layihəyə əsasən sazişin qüvvədəolma müddəti uzadılır.
Belə ki, 2015-ci il mayın 25-də imzalanmış sazişin qüvvədəolma müddəti tərəflərin saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 2021-ci il dekabrın 31-dək uzadılır.
Müzakirələrdən sonra sazişin qüvvədə olma müddətinin uzadılmasına dair layihə qəbul olunub.